Foto 00:04 25.06.2018

"DÇ-2018": Kolumbiya Polşanı darmadağın etdi (FOTOLAR)

Rusiyada keçirilən dünya çempionatı davam edir. 

Qaynarinfo xəbər verir ki, bu gün H qrupunda ikinci turun oyunları keçirilib və bununla da tura yekun vurulub.
 
Turun son oyununda ilk turun məğlubları Polşa və Kolumbiya qarşılaşıb. Oyun tamamilə amerikalıların üstünlüyü şəraitində keçib və nəticədə onlar 3:0 hesablı qələbə qazanıb. Hesabı 40-cı dəqiqədə Yerri Mina açıb. 70-ci dəqiqədə Radamel Falkao fərqi artırıb. 5 dəqiqə sonra isə Xuan Quadrado son nöqtəni qoyub.
 
Qeyd edək ki, H qrupunun ilk matçında Yaponiya və Seneqal qarşılaşıb - 2:2.
 
DÇ-2018
H qrupu
II tur

24 iyun
Polşa - Kolumbiya 0:2
Qollar: Yerri Mina, 40. Radamel Falkao, 70. Xuan Quadrado, 75.
Polşa: 1. Voyçex Şesnı, 2. Mixal Pazdan (15. Kamil Qlik, 80), 5. Yan Bednarek, 6. Yacek Qoralski, 9. Robert Levandovski (k), 10. Qreqorş Krixkovyak, 13. Maçiey Ribus, 18. Bartoj Berejinski (14. Lukaş Teodorçuk, 72), 19. Piotr Zielinski, 20. Lukas Pişçek, 23. David Kovnaçki (11. Kamil Qrosiçki, 57).
Ehtiyat oyunçular: 12. Bartoş Bialkovski, 22. Lukaş Fabianski, 3. Artur Jedrejçik, 4. Tyaqo Sionek, 7. Arkadius Milik, 8. Karol Linetti, 16. Yakub Blaşikovski, 17. Slavomir Pejko, 21. Rafal Kurjava.
Baş məşqçi: Adam Navalka.
Kolumbiya: 1. David Ospina, 4. Santyaqo Arias, 5. Vilmar Barrios, 8. Abel Aqilar (15. Mateus Uribe, 32), 9. Radamel Falkao (k) (7. Karlos Bakka, 78), 10. Hames Rodriges, 11. Xuan Quadrado, 13. Yerri Mina, 17. Xoan Moxika, 20. Xuan Kintero (16. Cefferson Lerma, 73), 23. Davinson Sançes.
Ehtiyat oyunçular: 12. Kamilo Varqas, 22. Xose Kuadrado, 2. Kristian Sapata, 3. Oskar Murilyo, 6. Karlos Sançes, 14. Luis Muriel, 18. Fərid Diaz, 19. Migel Borxa, 21. Xose İzgierdo.
Baş məşqçi: Xose Pekerman.
Sarı vərəqələr: Yan Bednarek, 61. Yacek Qoralski, 85.
Baş hakim: Sezar Ramos (Meksika).
Kazan. Kazan Arena.
 

1

Seneqal

2

1

1

0

4:3

4

2

Yaponiya

2

1

1

0

4:3

4

3

Kolumbiya

2

1

0

1

4:2

3

4

Polşa

2

0

0

2

1:5

0