İdman 21:17 20.06.2018

"DÇ-2018": Uruqvay və Rusiya 1/8 finalda

Rusiyada keçirilən "DÇ-2018" davam edir. 

Qaynarinfo xəbər verir ki, bu gün A qrupunda II turun son oyunu keçirilib.

Bu matçda Uruqvay və Səudiyyə Ərəbistanı üz-üzə gəlib. Cənubi amerikalılar ilk matçda Rusiyadan 5 cavabsız qol buraxan ərəbləri minimal hesabla yenib. Matçın yeganə qoluna Luis Suares imza atıb. Qələbə həm Uruqvayı, həm də rusları 1/8 finala çıxardıb.

Qeyd edək ki, Rusiya dünən Misirə 3:1 hesabı ilə qalib gəlib.

DÇ-2018
A qrupu
II tur

20 iyun
Uruqvay - Səudiyyə Ərəbistanı 1:0
Qol: Luis Suares, 23.
Uruqvay: 1. Fernando Muslera, 2. Xose Himenes, 3. Dieqo Qodiun, 4. Qilermo Varela, 5 Karlos Sançes 6. Rodriqo Bentankur, 7 Kristian Rodriqes 9. Luis Suares, 15. Matias Vesino 21. Edinson Kavani 22. Martin Kasares.
Ehtiyat oyunçular: 12. Martin Kampana, 23. Martin Silva, 8. Nahitan Nandez, 10. Giorgian De Arraskaeta, 11. Kristian Stuani, 13. Qaston Silva, 14. Lukas Torreya, 16. Maksi Pereyra, 17. Dieqo Laksalt, 18. Maksi Qomes, 19. Sebastian Koates, 20. Urreta.    
Baş məşqçi: Oskar Tabares.
Səudiyyə Ərəbistanı: 22. Məhəmməd əl-Ovays, 3. Osama Xavsavi, 4. Əli əl-Bulaihi,  6. Məhəmməd əl-Burayk, 7. Salman əl-Fərəc, 9. Hattan Bahebri, 13. Yasser əl-Şahrani, 14. Abdulla Otaif, 17. Taysir əl-Cassim, 18. Salem əl-Dosari, 19 Fahad əl-Muvallad.
Ehtiyat oyunçular: 1. Abdullah Əl-Mayuf, 21. Yasser Əl Musailem, 2. Mənsur Əl Hərbi, 5. Ömər Havsavi, 8. Yahya Əl Şəhri, 11. Əbdülmalik Əl Xaybri, 12. Məhəmməd Kanu, 15. Abdullah Əlkhaybari, 16. Hüseyn Moqahvi, 10. Məhəmməd Əl Sahlavi, 20. Mohanad Aseri, 23. Motaz Havsavi.    
Baş məşqçi: Xuan Antonio Pizzi.
Baş hakim: Kleman Turpen (Fransa).
Rostov. "Rostov Arena”.
 

1

Rusiya

2

2

0

0

8:1

6

2

Uruqvay

2

2

0

0

2:0

6

3

Misir

2

0

0

2

1:4

0

4

S.Ərəbistanı

2

0

0

2

0:6

0