Video 00:56 08.07.2018

"DÇ-2018": Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı (VİDEO)

Rusiyada keçirilən dünya çempionat davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün mndialda 1/4 final mərhələsinə yekun vurulub.

Mərhələnin son oyununda Rusiya Xorvatiya ilə qarşılaşıb. 1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna doğma meydanda Xorvatiya ilə baş-başa mübarizə aparıb. Oyunun əsas vaxtı 1:1 hesabl ilə yekunlaşıb. Komandalar əlavə olunmuş 30 dəqiqədə hərəyə daha bir qol vurub. Bu səbəbdən qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan Xorvatiya yarımfinala vəsiqə qazanıb - 4:3.

Qeyd edək ki, bundan əvvəl Fransa Uruqvayı, Belçika Braziliyanı mübarizdən kənarlaşdıraraq yarımfinala çıxıb. Bu komandalar finala vəsiqə uğrunda qarşılaşacaq. Xorvatiya isə yarımfinalda İngiltərə ilə üzləşəcək.
 
DÇ-2018
1/4 final
7 iyul

22.00 Rusiya - Xorvatiya 2:2 (Penalti - 3:4).
Qollar: Denis Çerışev, 31. Mario Fernandes, 115 - Andrey Kramariç, 40. Domaqoy Vida, 101.
Dəqiq olan penaltilər: Alan Dzaqoyev, Sergey İqnaşeviç, Daler Kuzyayev Marselo Brozoviç, Luka Modriç, Domaqoy Vida, İvan Rakitiç. 
Dəqiq olmayan penaltilər: Fyodor Smolov, Mario Fernandes Mateo Kovaçiç.
Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 6. Denis Çerışev (10. Fyodor Smolov, 67), 7. Daler Kuzyayev, 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin (9. Alan Dzaqoyev, 102), 19. Aleksandr Səmədov (21. Aleksandr Eroxin, 54), 22. Artyom Dzyuba (8. Yuri Qazinski, 79).
Ehtiyat oyunçular: 12. Ruslan Lunyov, 20. Vladimir Qabulov, 5. Andrey Semyonov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 18. Yuri Jirkov, 23. İqor Smolnikov.
Baş məşqçi: Stanislav Çerçesov.
Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko (5. Vedran Çorluka, 97), 3. İvan Ştriniç (22. Yosip Pivarik, 74), 4. İvan Perişiç (11. Marselo Brozoviç, 63), 6. Deyan Lovren, 7. İvan Rakitiç, 9. Andrey Kramariç (8. Mateo Kovaçiç, 88), 10. Luka Modriç (k), 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça.
Baş məşqçi: Zlatko Daliç.
Sarı vərəqələr: Yuri Qazinski, 109 - Deyan Lovren, 35. İvan Ştriniç, 38. Domaqoy Vida, 101. Yosip Pivarik, 114.
Baş hakim: Sandro Rikki (Braziliya).
Soçi. "Fişt” stadionu.