Foto 20:52 01.07.2018

"DÇ-2018"də böyük sürpriz: Rusiya İspaniyanı evə göndərdi (FOTO/VİDEO)

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq.

İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gəlib. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların ev sahiblərinə gücü çatmayıb.

İspaniya 12-ci dəqiqədə Sergey İqnaşeviçin avtoqoluna sevinib. 40-cı dəqiqədə Artyom Zyuba penaltidən bərabərliyi təmin edib və əsas vaxt bu hesabla başa çatıb - 1:1.
 
Əlavə 30 dəqiqədə də qol olmadığından penalti seriyası təyin edilib. Bu zaman Rusiya millisinin qapıçısı İqor Akinfeyev Koke Yaqo Aspasın zərbələrini dəf edərək Rusiyanı 1/4 finala çıxardıb. Rusların vurduğu 4 penalti zərbəsi dəqiq olub.

Qeyd edək ki, dünən Fransa Argentinanı, Uruqvay Portuqaliyanı mübarizədən kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb.

DÇ-2018
1/4 final
1 iyul

İspaniya - Rusiya 1:1 (Penalti - 3:4)
Qollar: Sergey İqnaşeviç, 12 (avtoqol) - Artyom Zyuba, 40-pen.
Penalti seriyası: Andres İnyesta, Cerard Pike, Serxio Ramos, Fyodor Smolov, Sergey İqnaşeviç, Aleksandr Qolovin, Denis Çerışev,  
Qol olmayan penaltilər: Koke, Yaqo Aspas.
İspaniya: 1. Devid De Gea, 3. Cerard Pike, 4. Naço (2. Dani Karvaxal, 70), 5. Serxio Buskets (k), 8. Koke, 15. Serxio Ramos, 18. Xordi Alba, 19. Dieqo Kosta (17. Yaqo Aspas, 80), 20. Marko Asensio (9. Rodriqo, 104), 21. David Silva (6. Andres İnyesta, 67), 22. İsko.
Ehtiyat oyunçular: 13. Kepa Arrizabalaqa, 23. Pepe Reyna, 7. Saul Nigez, 10. Tyaqo Alkantara, 11. Lukas Vazgez, 12. Alvaro Odriozola, 14. Sezar Azpilikueta, 16. Naço Monreal.
Baş məşqçi: Fernando Yerro.
Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 7. Daler Kuzyayev (21. Aleksandr Eroxin, 97), 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin, 18. Yuri Jirkov (14. Vladimir Qranat, 46), 19. Aleksandr Səmədov (6. Denis Çerışev, 61), 22. Artyom Zyuba (10. Fyodor Smolov, 61).
Ehtiyat oyunçular: 12. Ruslan Lunyov, 20. Vladimir Qabulov, 5. Andrey Semyonov, 8. Yuri Qazinski, 9. Alan Zaqoyev, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 23. İqor Smolnikov.
Baş məşqçi: Stanislav Çerçesov.
Sarı vərəqələr: Cerard Pike, 40 - İlya Kutepov, 54. İlya Kutepov, 71.
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. "Lujniki” stadionu.