İdman 01:51 20.11.2018

"DÇ-2018"in bütün medalçıları Millətlər Liqasınə tərk etdi

UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə 4 liqada ümumilikdə 9 görüş təşkil olunub və növbəti mərhələyə yüksələn daha 3 komandanın adına aydınlıq gəlib.

A Liqasında Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gəlib. Almanlar bu oyunadək artıq qrup sonuncusu kimi aşağı liqaya enmişdi. Hollandiya isə qrupdan çıxmaq şanslarını son oyuna saxlamışdı. Hollandlar bu matçda ən azı heç-heçə etməklə, növbəti mərhələyə vəsiqə qazana bilərdi. "Narıncılar" bu vəzifənin öhdəsindən son dəqiqələrdə vurunlan 2 qolla gəlib - 2:2. Beləliklə, son dünya çempionatının gümüş mükafatçısı Xorvatiya və bürünc mükafatçısı Belçikadan sonra mundialın qalibi Fransa da Millətlər Liqası ilə vidalaşıb.

B Liqasının I qrupunda Çexiya Slovakiyanı 1:0 hesabı ilə yenib. Bu qrupda Ukrayna növbəti mərhələyə vəsiqəni təmin etmişdi. Bu gecə keçirilən son oyunda isə C Liqasına düşən komanda müəyyənləşib. Meydanı məğlubiyyətlə tərk edən Slovakiya növbəti turnirdə C Liqasında çıxış edəcək.

B Liqasının növbəti mərhələyə vəsiqəni təmin edən Danimarka evdə İralaniya ilə "sülh" bağlayıb. Beləliklə, irlandlar C Liqasına yuvarlanıb.

C Liqasının III qrupunda Bolqarıstan Sloveniya ilə 1:1 hesablı heçheçəyə razılaşıb. Norveç isə Cənubi Kiprə qalib gəlib - 2:0. Beləliklə, Norveç mərhələ adlayıb, Sloveniya isə D Liqasına düşüb.

D Liqasının I qrupunda Gürcüstan bundan əvvəl növbəti mərhələyə vəsiqə qazanmışdı. Gürcülər son turda Qazaxıstana qalib gəlib - 2:1. Andorra isə Latviya ilə "sülh" bağlayıb - 0:0.

D Liqasının IV qrupunda Makedoniya evdə Cəbəllütariqə 3:0 hesabı ilə qalib gəlib, Lixtenşteyn Ermənistanla "sülh"ə razılaşıb - 2:2. Beləliklə, Makedoniya "play-off” mərhələsinə yüksəlib. 
 
Millətlər Liqası
VI tur
19 noyabr

A Liqası
I qrup
Almaniya - Hollandiya 2:2
Qollar: Timo Verner, 9. Leroy Sane, 20 - Quinsi Promes, 85. Virgil Van Diyk, 90+1.

1

Hollandiya

4

2

1

1

8:4

7

2

Fransa

4

2

1

1

4:4

7

3

Almaniya

4

0

2

2

3:7

2


B Liqası
I qrup
Çexiya - Slovakiya 1:0
Qol: Patrik Şik, 32.

1

Ukrayna

4

3

0

1

5:5

9

2

Çexiya

4

2

0

2

4:4

6

3

Slovakiya

4

1

0

3

5:5

3


IV qrup
Danimarka - İrlandiya 0:0

1

Danimarka

4

3

0

1

5:5

9

2

Uels

4

2

0

2

4:4

6

3

İrlandiya

4

1

0

3

5:5

3


C Liqası
III qrup
Bolqarıstan - Sloveniya 1:1
Qollar: Qalin İvanov, 68 - Miha Zayts, 75.

Cənubi Kipr - Norveç 0:2
Qollar: Ola Kamara, 36; 48.
Qırmızı vərəqə: Valentinos Sielis, 80 (Cənubi Kipr).

1

Norveç

6

4

1

1

7:2

13

2

Bolqarıstan

6

3

2

1

7:5

11

3

Cənubi Kipr

6

1

2

3

5:9

5

4

Sloveniya

6

0

3

3

5:8

3


D Liqası
I qrup
Andorra - Latviya 0:0
Qırmızı vərəqə: Valeris Sabala, 38 (Latviya).

Gürcüstan - Qazaxıstan 2:1
Qollar: Georgi Merebaşvili, 59. Georgi Çakvetadze, 84 - Oralxan Omirtayev, 90.

1

Gürcüstan

6

5

1

0

12:2

16

2

Qazaxıstan

6

1

3

2

8:7

6

3

Latviya

6

0

4

2

2:6

4

4

Andorra

6

0

4

2

2:9

4


IV qrup
Makedoniya - Cəbəllütariq 4:0
Qollar: Enis Bardhi, 27. İliya Nestorovski, 67; 80. Aleksandar Traykovski, 90+2.

Lixtenşteyn - Ermənistan 2:2
Qollar: Marsel Buxel, 44. Nikolas Hasler, 47 - Sarkis Adamyan, 9. Aleksander Karapetyan, 85.

1

Makedoniya

6

5

0

1

14:5

15

2

Ermənistan

6

3

1

2

14:8

10

3

Cəbəllütariq

6

2

0

3

5:15

6

4

Lixtenşteyn

6

1

1

4

7:12

4