İdman 01:38 19.11.2018

"DÇ-2018"in finalçısı B Liqasına düşdü

UEFA Millətlər Liqasında VI turun oyunlarına start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub. Növbəti mərhələyə yüksələn daha 3 komanda müəyyənləşib.

A Liqasının II qrupunun sonuncu - həlledici matçında İsveçrə evdə Belçika ilə üz-üzə gəlib. Qonaqlar bu matçdan ən azı heç-heçə ilə ayrılsalar, növbəti mərhələyə yüksələcəkdilər. Oyun Belçika üçün yaxşı başlayıb və 17-ci dəqiqədə 2:0 hesabı ilə önə keçiblər. Amma bundan sonra 5 qol vuran İsveçrə qələbə qazanıb - 5:2. Nəticədə İsveçrə növbəti mərhələyə vəsiqə qazanıb.

IV qrupda İngiltərə və Xorvatiya arasında baş tutub. İngiltərə əzmkar qələbə qazanaraq növbəti mərhələyə adlayıb. İspaniya ikinci pilləni tutub. Son dünya çempionatının finalçısı Xorvatiya isə B Liqasına düşüb.

B Liqasının III qrupunda keçirilən Şimali İrlandiya - Avstriya matçı heç bir əhəmiyyət kəsb etmirdi. Bosniya və Herseqovinanın artıq növbəti mərhələyə vaxtından əvvəl vəsiqə qazandığı qrupun son oyununda avstriyalılar 2:1 hesablı qələbə qazanıb.

C Liqasının II qrupunda Yunanıstan Estoniyanı, Macarıstan isə Finlandiyanı qəbul edib. Bu qrupda da Finlandiya növbəti mərhələyə vəsiqəni öncədən qazanmışdı. Finlər son turda macarlara 0:2 hesabı ilə yenilib. Yunanıstan isə doğma meydanda Etoniyaya uduzub - 0:1.

D Liqasının II qrupunda Moldova evdə Lüksemburqla 1:1 hesablı heç-heçəyə nail olub. Belarus isə səfərdə San Marinoya qalib gəlib - 2:0. Bununla da Belarus C Liqasına və növbəti mərhələyə vəsiqəni təmin edib.
 
Millətlər Liqası
VI tur
18 noyabr

A Liqası
II qrup
İsveçrə - Belçika 5:2
Qolar: Rikardo Rodriges, 26-pen. Haris Seferoviç, 31; 44; 84. Niko Elvedi, 62 - Torqan Hazard, 2; 17.

1

İsveçrə

4

3

0

1

14:5

9

2

Belçika

4

3

0

1

9:6

9

3

İslandiya

4

0

0

4

1:13

0


IV qrup
İngiltərə - Xorvatiya 1:2
Qollar: Yesse Linqard, 78. Harri Keyn, 85 - Andrey Kramariç, 57.

1

İngiltərə

4

2

1

1

6:5

7

2

İspaniya

4

2

0

2

12:7

6

3

Xorvatiya

4

1

1

2

4:10

4


B Liqası
III qrup
Şimali İrlandiya - Avstriya 1:2
Qollar: Korri Evans, 57 - Xaver Şklaqer, 49. Valentino Lazaro, 90+3.

1

Bosniya və H.

4

3

1

0

5:1

10

2

Avstriya

4

2

1

1

3:2

7

3

Şİrlandiya

4

0

0

4

2:7

0


C Liqası
II qrup
Yunanıstan - Estoniya 0:1
Qol: Konstantinos-Vassilios Lambropoulos, 44 (avtoqol).

Macarıstan - Finlandiya 2:0
Qollar: Adam Szalai, 29. Adam Naqi, 37.

1

Finlandiya

6

4

0

2

5:3

12

2

Macarıstan

6

3

1

2

9:6

10

3

Yunanıstan

6

3

0

3

4:5

9

4

Estoniya

6

1

1

4

4:8

4


D Liqası
II qrup
Moldova - Lüksemburq 1:1
Qollar: Radu Ginsari, 58-pen - Stefano Bensi, 70.

San Marino - Belarus 0:2
Qollar: Stanislav Draqun, 8. Anton Saroka, 52.

1

Belarus

6

4

2

0

10:0

14

2

Lüksemburq

6

3

1

2

11:4

10

3

Moldova

6

2

3

1

4:5

9

4

San Marino

6

0

0

6

0:16

0