Foto 14:56 21.10.2017

D-8 zirvəsinə damğa vuran Əliyev-Ərdoğan səmimiyyəti (FOTOLAR)

Prezident İlham Əliyev oktyabrın 19-20-də İstanbulda rəsmi səfərdə olub. 

"Qaynarinfo" xəbər verir ki, dövlət başçısı inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında keçirilən IX Zirvə görüşündə xüsusi qonaq kimi iştirak edib.

D-8 zirvəsinə Azərbaycan və Türkiyə prezidenti arasındakı səmimiyyət damğa vurub. Türkiyə mediası İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın səmimiyyətini göstərən gülərkən çəkilmiş fotolarını "Qardaş qəhqəhəsi" başlığı ilə yayımlayıb.

Qeyd edək ki, D-8 zirvəsində İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğandan başqa Nigeriya prezidenti Məhəmməd Buhari, Qvineya prezidenti Alpa Konde, Pakistanın baş naziri Şahid Hakan Abbasi, Iranın birinci vitse-prezidenti Eshaq Cahangiri, İndoneziyanın vitse-prezidenti Məhəmməd Yusif Kalla, Banqladeşin xarici işlər naziri Məhəmməd Şəhriyar Alam, Misir xarici işlər nazirinin müavini Həmdi Loza və D-8-in baş katibi Seyid Əli Məhəmməd iştirak edib.

Aydın

Qaynarinfo.Az