Dadaşlinskidən Brilyanta: “Ermənilərə “super” yazırsınız...” (VİDEO)

Dadaşlinskidən Brilyanta: “Ermənilərə “super” yazırsınız...” (VİDEO)

"Fəxri ad vermək dövlətimizin sənətçiyə olan diqqətidir. Xalqın yadında kim qalacaqsa, kimin səsi mədəniyyətimizə öz töhfəsini verəcəksə, bunu zaman göstərəcək. Məşhurlaşmaq olar, pul və "day-day” gücünə gözəl kliplər, mahnıya ərsəyə gətirmək olar. Fitri istedad isə başqa şeydir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri "3D” proqramında Xalq artisti Brilyant Dadaşova deyib.

Sənətçi Azərbaycandakı "şou-biznes” anlayışını belə xarakterizə edib:

"Bizimkilər "şou-biznes” sözünü eşidib, elə bir şey etmək istəyirlər. Bizimki kimisə ifşa etmək, biabır etmək, şər atmaq, özünü gündəmə gətirmək üçün böyük akulaya söz atmaqdır. Əslində, şou sənə gəlir gətirməlidir. Prodüser konsertlər təşkil etməlidir. Bizdə hər şey icra başçılarından asılıdır. Onlar da pul xərcləməyi xoşlamırlar. Müğənni hər rayonda konsertlər etməli, pul qazanmalıdır. Onda bu qismən şou-biznesə yaxın bir şey sayılır”.

B.Dadaşova müğənnilər üçün davamlı olaraq vergi verməyin düzgün olmadığını bildirib:

"Toylardan gələn gəlir olmasa, gərək məndən mahnı, klip gözləməsinlər. Özüm bir studiya belə aça bilməmişəm. Toya gedəndə vergi ödəyirik. Əslində, vergi ödəməməliyik. Çünki bizi hər zaman toya çağırmırlar. Türkiyədə bu "ekstra” adlanır. Olanda vergi ödəməlisən. Amma bizdə olsa da, olmasa da, ödəməliyik. Elə vaxt olur ki, üç ay toya getmirəm, amma vergi ödəyirəm. Bir vaxt mənə dedilər ki, 22 min manat vergiyə pul ödəməlisən. Bu, 2015-ci ildə idi. Dedim ki, axı, o qədər qazanmamışam. Söylədilər ki, filan şadlıq sarayında 30 dəfə olmusunuz. Halbuki oranı tanımırdım. Sonra auditlə danışdıq, onlar hər şeyi yerinə qoydu”.

Müğənni oğlu Cahadın iş tapa bilməməsindən şikayətlənib:

"Rüşvət istəsələr işim düzələrdi. Nə elə olur, nə də belə. Qohum-əqrəbamda çox insan işsizdir. Oğlumu oxutdurmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı da oxudu, gələndən sonra onun üçün iş axtarmağa başladım. Bir neçə yerə müraciət etdim. Lakin heç kim məni qəbul etmədi”.

Erməni musiqiçinin ifasına xoş sözlər yazmağı barədə də danışan B.Dadaşova bundan sonra da ənənəsinə sadiq qalacağını söyləyib:

"Əgər mahnılarımızı kimsə ifa edirsə, mütləq ona nəsə yazmalıyam ki, o musiqi bizimdir. Yazıram ki, "super tərəkəmə”, "super mahnı”. Mahnının bizim olmasını sübut etmək mənasızdır. Daha vacib işlərimiz var. Bundan sonra istənilən musiqiçi mahnımızı yaxşı ifa etsə, mən ora "super” yazacam. Onun milləti mənim üçün maraqlı deyil. Musiqi ruhun qidasıdır. Ruhun milləti olmur. Yaxşı insan və pis insan var”.

XƏBƏRLƏR
BLOGLAR