Ekonomiks 16:38 08.08.2018

Daha beş xarici şirkət Azərbaycandan getdi

Daha 5 əcnəbi şirkət Azərbaycandakı fəaliyyətini dayandırıb.

Qaynarinfo "Vergilər” qəzetinə istinadən xəbər verir ki, bu şirkətlər ölkəmizdəki filiallarını ləğv ediblər. 

Belə ki, "Chemonics İnternational İNC”, "Beyker və Makenzi Sİ-AY-ES LİMİTED”, "Nippon Koei Uk Go, LTD”, "SAMFA İnşaat Dekorasyon Peyzaj Sanayi ve Ticaret Limited” və "Simberg Partners Limited” şirkətləri Azərbaycan filiallarını bağlayıblar.