Dünya 16:40 14.12.2018

Daha bir ABŞ əsgəri Əfqanıstanda öldürüldü

Əfqanıstanda növbəti ABŞ əsgəri öldürülüb.

Qaynarinfo xəbər verir ki, NATO tərkibində fəaliyyət göstərən əsgərin şəxsiyyəti yaxın saatlarda açıqlanacaq. 

Noyabr ayının sonlarında təşkil edilən bombalı hücumda 3 ABŞ əsgəri öldürülmüşdü.

Qeyd edək ki, Əfqanıstanda 14 min ABŞ əsgəri xidmət edir.

Gülşən