İdman 16:56 17.09.2018

Daha bir azərbaycanlı Rusiyada deputat oldu

Rusiyada yaşayan həmyerlimiz, tanınmış idmançı Çingiz Əliyev parlament seçkilərində iştirak edib. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, RF-nın Tıva respublikasının Karate Federasiyasının rəhbəri, respublikanın yığma komandasının baş məşqçisi və ictimai xadim, Azərbaycan diasporasının Rusiyada fəal üzvü Çingiz Əliyev "Vahid Rusiya" partiyasından namizədliyini irəli sürüb. 

Baş tutan səsvermədə Ç.Əliyev deputat seçilib. Çingiz Əliyev deputat mandatının ona ictimai fəaliyyətində bir çox imkanlar yarada biləcəyini vurğulayıb.