İdman 20:46 11.09.2019

Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.

Qaynarinfo Trend-ə istinadən bildirir ki, 57 kq çəkidə yarışan Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş Əliyevin asan qələbəsi ilə yekunlaşıb - 5:0.

O, 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.