Ekonomiks 12:41 28.06.2014

Daha bir dönər iyrəncliyi - FOTO

Sosial şəbəkələrdə dönərlə bağlı daha bir iyrənc şəkil yayılıb. 

ANS PRESS-in məlumatına görə, dünyada sevilən fast-food-lardan biri olan dönərin hazırlanmasının görüntüsü yayılıb. Fotoda 3 oğlan əti dönər şişinə çəkirlər. Oğlanlardan biri dönər ətinin üstünə çıxaraq ayaqları ilə basdalayır. Foto sosial şəbəkələrdə geniş müzakirə olunub. İnsanlar şəkilin harada, hansı dönərxanada çəkildiyi ilə maraqlanıblar. 

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkədə üzərində siçovul balası dolaşan dönərin videogörüntüləri yayılmışdı.

Qaynar.info