Maqazin 10:52 27.09.2014

Daha bir həmyerlimiz Rusiyanın məşhur səs yarışmasında - VİDEO


Daha bir həmyerlimiz məşhur “Voice” müsabiqəsinin Rusiyada yayımlanan versiyası “Qolos” səs yarışmasına qatılıb.

Axşam.az-ın məlumatına görə, Eldar Əhmədov adlı iştirakçı Müslüm Maqomayevin məşhur “Funiculi, Funicula” (“Funikulyor”) mahnısını səsləndirib.

16 yaşlı azərbaycanlı ifaçı növbəti mərhələyə keçə bilməsə də, ümumilikdə münsiflər tərəfindən çox bəyənilib. Həmyerlimizin yaşının az olmasına baxmayaraq, möhtəşəm ifa nümayiş etdirməsi onların heyrətinə səbəb olub.

Qeyd edək ki, “Qolos” səs yarışmasının münsif kürsüsündə Leonid Aqutin, Aleksandr Qradskiy, Pelaqeya və Dima Bilan kimi məşhurlar əyləşib.

Xatırladaq ki, adıçəkilən müsabiqədə daha əvvəl digər həmyerlimiz Atəş Abbasov da iştirak etmişdi.

Qaynar.info