Dünya 14:52 03.12.2018

Daha bir İŞİD lideri öldürüldü (FOTO)

İŞİD-in yüksək vəzifəli şəxslərindən olan Əbu Əl Umarayn öldürülüb.

Qaynarinfo xəbər verir ki, terrorçu lider ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Badiyə səhrasına təşkil etdiyi hücumda zərərsizləşdirilib. 

Qeyd edək ki, Umarayn 2014-cü ildə amerikalı humanitar yardım işçisi 26 yaşlı Peter Kassiq və digər şəxsləri edam edən qrupa rəhbərlik edib.

Gülşən