Dünya 12:20 15.02.2018

Daha bir kənd ələ keçirildi: türk ordusu sürətlə irəliləyir

Türk Silahlı Qüvvələrini dəstəyi ilə Azad Suriya Ordusu Afrinin şimalında yerləşən Duraklı kəndini ələ keçirib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəndin işğalı Bülbül və Azez cəbhələrinin birləşdirilməsi istəqamətində önəmli addım hesab edilir.

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, bu gün havadan və qurudan aparılan əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Beləliklə "Zeytun budağı" əməliyyatının 27-ci günündə 1528 terrorçu öldürüldüyü bildirilib.

Əməliyyatlar davam etdirilir.