Siyasət 15:56 13.11.2018

Daha bir ölkə Bakıda səfirlik açmaq istəyir

Slovakiya Azərbaycanda səfirliyini açmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda Slovakiyanın baş naziri Peter Pelleqrini məlumat verib.

Baş nazir bildirib ki, həmçinin iki ölkə arasında hökumətlərarası komissiya yaradılacaq: "Azərbaycanın Avropadakı statusunun necə vacib olduğunu bilirik. İki ölkə arasında ticarət dövriyyəsi son illər artıb, lakin istədiyimiz səviyyədə deyil. Slovakiya şirkətləri maşınqayırma, energetika, informasiya və kommunikasiya texnologiyaları, kimya sənayesi və digər sahələrdə əməkdaşlıqda maraqlıdır".