Dünya 09:10 09.08.2018

Daha bir ölkə Fələstinin müstəqilliyini tanıdı

Kolumbiya Fələstinin müstəqilliyini  dövlət kimi tanıyıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fələstinin xarici işlər nazirinin müavini Teysir Ceradat açıqlama verib.

Onun sözlərinə görə, Kolumbiyanın sabiq prezidenti Xuan Manuel Santosun səlahiyyət müddətini başa vurmadan Fələstinin xarici işlər naziri Riyad gl-Malikiyə verdiyi məktubda "Fələstin dövlətini tanımaq qərarını" açıqlayıb.

Bunu ölkə diplomatiyasının uğuru adlandıran Teysir Ceradat əl-Malikinin bu ayın ortalarında Paraqvaya edəcəyi səfər zamanı bu ölkənin də Fələstini tanımaq qərarı vecəyinə inandığını bildiib.

Beləliklə, Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı 139-a çatıb.

Qeyd edək ki, Kolumbiyanın yeni prezidenti İvan Deukenin avqustun 7-də andiçmə mərasimi keçirilib.