Dünya 12:15 16.05.2018

Daha bir ölkə səfirliyini Qüdsə köçürdü

ABŞ-ın ardından Qvatemala da səfirliyini Tel-Əvivdən Qüds şəhərinə köçürüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk ölkə olan Qvatemalanın səfirliyinin açılışında dövlət rəhbəri Cimmi Morales və İsrail baş naziri Benyamin Netanyahu iştirak edib.

Qeyd edək ki, ABŞ 14 mayda səfirliyini Qüdsə köçürən ilk ölkə statusunu qazandı.

Gülşən