Dünya 12:04 27.06.2013

Daha bir ölkədə içki satışı qadağan edildi

Serbiyanın paytaxtı Belqradda saat 22:00 ilə 06:00 arasında marketlərlə yanaşı, restoran, kafe və bar kimi əyləncə məkanlarında spirtli içki satışı qadağan edilib.

Belqrad Bələdiyyəsindən verilən yazılı açıqlamada qərarın Ticarət Qanununda edilən son dəyişiklik çərçivəsində qəbul edildiyi bildirilib. 

Bu qərara əsasən, Belqrad bələdiyyəsinin sərhədləri içərisində, pravoslavların yeni ili olan 13 və 14 yanvar tarixləri istisna olmaqla, axşam saat 22:00-dan sabah saat 06:00-a qədər spirtli içki satılmaycaq. Açıqlamada qərar qəbul edilərkən market və əyləncə məkanlarını işlədənlərin fikirlərinin öyrənildiyi bildirilib. 

Belqrad Bələdiyyəsi daha əvvəl də buna bənzər qərar qəbul edib, lakin Konstitusiya Məhkəməsi qərarı ləğv edib. 

Qaynar.info