Sağlamlıq 18:38 23.01.2020

Daha bir ölkədə koronavirus aşkarlandı

Daha bir ölkədə koronavirus (2019-nCoV virusu) yoluxma halı aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, qorxulu virus Sinqapurda qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, hələlik yalnız bir yoluxma halı qeydə alınıb. Amma Sinqapurda virusa yoluxmaqda şübhəli bilinən daha 28 nəfər var. 

Qeyd edək ki, Çində kütləvi şəkildə yayılan koronavirusa yoluxanların sayı 600 nəfəri keçib. Ölənlərin sayı isə 25-dir.