Video 19:50 13.02.2019

Daha bir məmur canlı yayımda (VİDEO)

Daha bir rəsmi şəxs öz sosial şəbəkə hesabında canlı yayım açaraq, gördüyü işlər barədə hesabat verir. Bu, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərovdur.

O, iki gün əvvəl öz profilində məlumat vermişdi ki, fevralın 13-ü, saat 19.30-da "Facebook”-da canlı yayım vasitəsilə "2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın reytinqi ilə bağlı baş vermiş dəyişikliklərin əsl səbəblərindən danışacaq. Eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyəti haqda məlumat verəcək və sualları cavablandıracaq. 

Hazırda Kamal Cəfərov öz feysbuk profilində canlı yayımdadır.