Maqazin 17:21 11.08.2018

Daha bir məşhur "Eşkiya dünyaya hökmdar olmaz"dan getdi

Dəniz Çakırın "Eşkiya dünyaya hökmdar olmaz" serialından ayrılması təsdiqdənib.

Qaynarinfo xəbər verir ki, bu barədə serialın ssenari müəllifi Bahadır Özdener məlumat verib.

"Instagram"da məlumat yayan Bahadır Özdener Dəniz Çakırla yanaşı, seriala ötən mövsüm daxil olan və qısa zamanda tamaşaçıların sevimlisinə çevirilən "Kimsesiz Yaşar" obrazını canlandıran Olgun Şimşekin də "Eşkiya dünyaya hökmdar olmaz"dan ayrıldığını bildirib. O, ayrılıqların səbəbini açıqlamayıb: 



"Dənizlə vidalaşdıq. Olgunla da. Çox qiymətli oyunçularla çalışdıq bu günə qədər. Gördüyümüz ihin ən çətin tərəflərindən biri bu ayrılıqlardır. Yeni hekayələrə başlamaq zamanıdı. Əminəm Dəniz və Olgun yeni macəralarında çox uğurlu olacaqlar. Yenidən birlikdə olmaq da qismət işidir... Ümid edirəm yollarımız yenidən kəsişər..."

Qeyd edək ki, Dəniz Çakırın şəxsi həyatına görə ssenarist və prodüsser Raci Şaşmaz tərəfindən serialdan kənarlaşdırıldığı bildirilir. O, serialda "Hızır Çakırbəyli"nin həyat yoldaşı "Məryəm Çakırbəyli" obrazını canlandırırdı.