Ekonomiks 13:45 07.06.2018

Daha bir metro stansiyası bağlanacaq: eskalatorlar dəyişdiriləcək

Bakı metrosunun "Xətai" stansiyası təmirə bağlanacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib

Onun sözlərinə görə, stansiya bu ilin payızında bağlanacaq. "Xətai"də istismar müddətini başa vuracaq eskalatorlar dəyişdiriləcək, stansiya və stansiya yollarının yenidənqurması həyata keçiriləcək.

Qeyd edək ki, metronun "Sahil" stansiyası əsaslı təmir və yenidənqurmadan sonra bu gün istifadəyə verilib.