Ölkə 12:58 16.11.2018

Daha bir qanuna dəyişiklik ediləcək

"2002-ci ildə qəbul edilən "Gənclər siyasəti" haqqında qanun yeni dövrə uyğun olaraq dəyişdirilir".

Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komissiyasının sədri Ülvi Quliyev Azərbaycan gənclərinin VIII Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclər siyasəti ilə bağlı olan Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondunun, gənclər təşkilatlarının tövsiyələri, rəyləri alınaraq "Gənclər siyasəti" haqqında qanun layihəsində bu yaxın vaxtlarda dəyişiklik ediləcək: "Çalışacağıq ki, bu qanun qısa müddətdə qüvvəyə minsin. Qanunda əsas mahiyyət Azərbaycanda gənclər siyasətinə dəstəkdir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və tərkib hissəsidir. Azərbaycan gəncləri bütün sferalarda təmsil olunurlar və aktivdilər. Ona görə də gənclər dövlətimizin aparıcı qüvvəsinə çevrilib. Müstəqillik dövründən bu günə qədər gənclər uğurlu layihələrə imza atıblar".