Ekonomiks 11:08 05.09.2013

Daha bir yol təmirə bağlanır

Bu gecədən Bakı şəhərində Tbilisi prospektinin Salamzadə küçəsindən 20 Yanvar qovşağına qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, buna səbəb yolun asfalt örtüyünün dəyişdirilməsidir.
 
“Sürücülər alternativ yol kimi Salamzadə küçəsindən keçərək, Cəlil Məmmədquluzadə (keçmiş Papanin) küçəsi, 3-cü mikrorayon və 20 Yanvar qovşağı istiqamətində köməkçi yollardan istifadə edə bilərlər”, - deyə Pünhan Mürsəlov əlavə edib.
 
Qeyd edək ki, təmirə bağlanacaq yolun 1 həftə ərzində açılması nəzərdə tutulub.

Qaynar.info