Ekonomiks 12:52 04.02.2018

Daha iki aviaşirkət Bakıya uçuşlar təşkil edəcək

Yaponiyanın "Japan Airlines" aviaşirkəti "Qatar Airways" aviaşirkəti ilə Bakıya uçuşlar üçün kod-şerinq barədə razılıq əldə edib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, kod-şerinq Dohadan Bakıya, eləcə də İstanbul, Ankara, Nayrobi, Amman və digər şəhərlərə uçuşlar üçün tətbiq olunacaq.

Bildirilir ki, saziş 2018-ci ilin aprerlin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, kod-şerinq bir aviareysin iki və ya daha çox aviaşirkət tərəfindən birgə kommersiya istismarı barədə sazişdir.