Dünya 09:59 14.02.2018

Danimarka şahzadəsi dünyasını dəyişdi

Danimarkanın vəliəhd şahzadəsi Henrix 82 yaşında dünyasını dəyişib.

Qaynarinfo ABC News-a istinadən xəbər verir ki, ona ölümündən qısa müddət əvvəl Misirdə xoşxassəli ağciyər şişi diaqnozu qoyulmuşdu. Hendrix Kopenhagendə yerləşən xəstəxanadan Fredensborq qəsrinə gətirilib və kraliça Marqaret və 2 oğlu yanında olan zaman dünyasını dəyişib. 

O, 1934-cü ildə Fransada Henri Marie Jan Andre de Laborde de Monpezad adı ilə doğulmuş, kraliça Marqaretlə evliliyindən sonra adını dəyişdirərək Henrix etmiş, Danimarka vətəndaşlığına keçərək şahzadə statusunu qazanmışdı. Vəliəhd şahzadə dəfələrlə kral olmaq istədiyini dilə gətirsə də, bu arzusuna çata bilmədi. Kraliça Marqaretin onu bu statusa layiq görmədiyi bildirilirdi. Bu səbəbdən şahzadə Henrik kraliçanın yanında dəfn edilmək istəmədiyini dilə gətirmişdi.

Gülşən