Foto 20:43 20.05.2018

Daş üstə çöküb, “yerdə yatan” gərgin valideynlər, həyəcanlı şagirdlər (FOTOLAR)

I və IV qruplar üzrə universitetə qəbul imtahanı keçirilib. Nərimanov rayonu ərazisində yerləşən 3 saylı tam orta məktəbin həyətində əməlli - başlı izdiham olub. Bəziləri daşın üzərində oturub, səssiz halda imtahan verənin çıxışını gözləyib, bəziləri isə əllərində dua kitabı, dayanmadan oxuyublar.

İzdiham yaradan bu insanların tək istəyi imtahan verən yaxınlarının istədikləri nəticəni əldə etməsidir.

Qaynarinfo azedu.az-a istinadən imtahan zamanı hazırladığı fotoreportajı təqdim edir.