İdman 15:54 16.05.2013

David Vilya "Tottenhem"də

“Barselona”nın hücumçusu David Vilya böyük ehtimalla növbəti mövsümdən İngiltərənin “Tottenhem” komandasına çıxış edəcək. 

Qol.Az-ın yaydığı xəbərə görə, Kataloniyada səfərdə olan London klubunun baş məşqçisi Andre Villa-Boaş futbolçu ilə görüşdə onu komandasına keçməyə razı sala bilib.

Qeyd edək ki, ispan oyunçunun transfer qiyməti 15 milyon avro təşkil edir.

Xatırladaq ki, “Barselona”nın yayda transfer çıxarmaq istədiyi futbolçular arasında 31 yaşlı David Vilya da var.

Qaynar.info