Ölkə 00:22 16.11.2013

Daxili Qoşunlara yeni komandan təyin olundu - YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına yeni komandan təyin olunub. 

Nazirlikdən Trend-ə verilən məlumata görə, Şahin İsgəndər oğlu Məmmədov Daxilini qoşunların komandanı təyin edilib.

Ş.Məmmədov bundan əvvəl Daxili Qoşunların Qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı ilə Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin olunub.

Qaynar.info