Daxilimizdəki instinktə nə vaxt əməl etməliyik?

Daxilimizdəki instinktə nə vaxt əməl etməliyik?

Bizə tez-tez deyilir ki, ağlımıza ilk gələn fikrə uyğun hərəkət edək, lakin reallıq göstərir ki, biz güvəndiyimiz intuisiyalara daha diqqətli olmaq istəyirik.

İmtahan verəndə və ya bir işə mükəmməl bir namizəd seçməyə çalışanda biz xeyli sayda qərarlar qəbul edirik və bəzən suallara cavablar daxilimizdəki intuisiyamızdan doğur. Görəsən həmin bu intuisiya və ya instinkt təhlil edilməli, yoxlanılmalıdır, yoxsa onu olduğu kimi qəbul edib ona əməl etməliyik?

Dərhal beyində yaranan cavabları Nobel mükafatçısı, davranış iqtisadiyyatı üzrə mütəxəssis Daniel Kahneman "Sistem 1" adlandırdığı sürətli düşünmə sisteminə aid edir.

Bunun əksi olaraq daha ləng sürətlə işləyən və "System 2" adlanan düşüncə sistemində biz hansısa qərara gəlməkdən əvvəl fəal şəkildə müxtəlif variantları təhlil edirik, nəzərdən keçirirk.

İntuisiya səthi və heç bir sübuta əsaslanmayan mənfi bir məfhum sayılmaqdadır. Bütün variantların diqqətlə təhlil edilməsi görəsən, həqiqətənmi bizə ən düzgün cavabın verilməsini təmin edir?

Bu, heç də həmişə belə olmur. Daxili instinktlərimiz göründüyü qədər heç də həmişə nizamsız deyil.

Bu instinktlər vəziyyətin sürətlə qiymətləndirilməsinə əsaslana bilər.

Biz bunu, ola bilsin ki, həmişə dərk edə bilmirik, amma beyin daima mövcud vəziyyətimizi əvvəlki vəziyyətlərlə bağlı xatirələrimizlə müqayisə edir.

Beləliklə, qərar intuitiv kimi hiss olunsa da, əslində həmin qərar illərin təcrübəsinə söykənə bilər.


Bəzən qərar qəbul edildikdə bütün variantları təhlil etməyə vaxt qalmayanda sürətli düşünmə tələb olunur

Sürətli düşünmə problemi yanlış cavaba səbəb ola biləcək onlarla müxtəlif dərketmə yanlışlaqlarının mövcudluğu ilə bağlıdır: biz həddən artıq nikbin olmağa meylliyik; sadə həll yollarına üstünlük veririk; düşündüyümüzü təsdiqləyən məlumatları diqqətə alıb yadda saxlayırıq; artıq vaxt və ya pul sərf etdiyimiz yollarla irəliləməyi üstün tuturuq.

Məsələn, işəgötürmə müsahibələrinə diqqət yetirək. Əksər şirkətlərin belə müsahibələrə hələ də etibar etməsinə baxmayaraq, yaxşı namizədlərin seçilməsi üçün standart müsahibələrin heç də ən yaxşı yol olmadığına dair kifayət qədər sübut var.

Əvvəla, öz qərəzliliklərimizin həddən çoxu üzə çıxır və həqiqətən sevdiyimiz və "simpatiya" bəslədiyimiz insanların daha yaxşı nəticə göstərmək şansı daha yüksək olur.

Nəticədə isə, müəyyən vəzifəyə seçilənlər çox vaxt həmin iş üçün ən yaxşı yarıyan namizədlər deyil, bizim ən çox bəyəndiyimiz insanlar olur.

Ancaq bütün bu qərəzlərə və digər amillərə baxmayaraq, sürətli düşünməyin bizə yaxşı xidmət etdiyi və hətta məntiqli ola biləcəyi vaxtları da olur.

Bəzi insanlar digərlərinə nisbətən intuitiv qərarlar qəbul etməkdə daha bacaraqlı olurlar.

Problem ondadır ki, bu barədə aparılan araşdırmaların bir meta-analizi göstərib ki, intuisiyamızın həqiqiliyini dəyərləndirməkdə biz o qədər də yaxşı nəticə göstərmirik - sadəcə, özünüzü bu iş üçüm ən uyğun gələn insan olduğunuzu düşündüyünüz üçün, amma bu, heç də belə olmaya da bilər.


Araşdırmanın nəticələrinə əsasən, tələbələr verdikləri cavablarla bağlı keçirdikləri tərəddüd hissini olduqca yaxşı təhlil ediblər

Beləliklə, intuisiyanız sizi müəyyən bir istiqamətə göndərəndə vəziyyəti daha soyuqqanlılıqla qiymətləndirməyə dəyər.

Hansısa bir idrak qərəzliyi sizi azdıra bilərmi? Digər variantlar üçün əsaslar varmı? Bu sahədə real təcrübəniz varmı? Bəlkə, yalnız qərar qəbul etmək üçün tələsirsiniz? Bundan sonra nə olacağını bilmək üçün gözləmək imkanınız varmı?

İlk instinkt xətası kimi bilinən bir fenomen də məlumdur. Bu, instinktiv cavabların doğru olacağı ehtimalının daha yüksək olmasına inamdır - belə bir fikir var ki, çoxsaylı seçim imkanı olan testdə, məsələn, ağlınıza ilk gələn cavabın üstündə dayanmalısınız və sonradan fikrinizi dəyişməməlisiniz. Ancaq bu doğrudurmu?

ABŞ-ın Pensilvaniya ştatında Albright kollecinin psixoloqları cavab üçün çoxsaylı seçim imkanı olan imtahanlarda tələbələrin göstərdiyi nəticələri təhlil ediblər.

Məqsəd tələbələrin verdikləri ilk instinktiv cavablara nə qədər əmin olduqlarını və onların niyə, bəzən, həmin cavabları dəyişmək üçün nəzərdən keçirmək istədiyini öyrənmək olub.

Yaxşı xəbər o olub ki, tələbələr verdikləri cavablarla bağlı keçirdikləri tərəddüd hissini olduqca yaxşı təhlil ediblər.

Cavabları yenidən nəzərdən keçirmək barədə qərarların əksəriyyəti düzgün olub.

Lakin cavab verməkdə ən çox tərəddüd etdikləri suallara verilən cavabların yarısından çoxu yanlış olub.

Beləliklə, ilk instinktlər cavabın düzgün olmasını yox, sizin bu cavabın düzgün olmasına əminliyinizi, inandığınızı əks etdirir.

Tələbələrə hər cavaba nə dərəcədə əmin olduqlarını qiymətləndirib reytinqləmək və yalnız bundan sonra, reytinqə uyğun olaraq, ən az əmin olduqları cavabları dəyişdirmək öyrədildikdə, onların göstərdiyi nəticələr yaxşılaşıb.

Bəzən qərar qəbul etmək lazım olduqda, sizə elə gələ bilər ki, daxilinizdəki instinktlərə həqiqətən, etibar edə bilərsiniz - əgər instinktləriniz seçdiyiniz qərara əmin olduğunuzu sizi inandıra bilirsə.

Mənbə: BBC
XƏBƏRLƏR
BLOGLAR