Dünya 22:07 19.01.2013

“Ded Həsən”in dəfn yeri müəyyənləşdirildi

Moskvada qətlə yetirilən kriminal avtoritet Aslan Usoyanın tabutu Donetskdən geriyə, Rusiya paytaxtına qaytarılıb.

Buna səbəb Gürcüstan hakimiyyətinin onu bu ölkənin ərazisində dəfn etməkdən imtina etməsi olub. Daha əvvəl Usoyanın qohumları onun bu ölkənin ərazisində basdırılmasına icazə verilməsi xahişi ilə Gürcüstan hakimiyyətinə müraciət ediblər.

Bir gün əvvəl Usoyanın cənazəsi Donetskə aparılıb, oradan onun Gürcüstana çatdırılması planlaşdırılırdı. Ancaq Gürcüstan hakimiyyəti dəfnə icazə verməyib. “Ded Həsən”in Rusiya paytaxtındakı Danilov qəbiristanlığında dəfn ediləcəyi bildirilir.

Xatırladaq ki, 75 yaşlı “Ded Həsən” yanvarın 16-də Moskvada güllələnib. /anspress/