İdman 14:00 15.12.2019

“Dedilər, Nazarbayev oyuna gəlir, Azərbaycanı udmaq lazımdır"

Qazaxıstan millisinin sabiq baş məşqçisi Leonid Poxomov maraqlı açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, rus mütəxəssis "Matç TV”yə müsahibəsində Azərbaycan millisi ilə yoxlama oyununda baş varən maraqlı hadisəni xatırlayıb.

Leonid Poxomov bildirib ki, onlara Qazaxıstanın o vaxtkı prezidenti Nursultan Nazarbayev gəldiyi üçün udmalı olduqlarını deyiblər: "Azərbaycanla yoldaşlıq oyunu keçirirdik. Heyətə planlaşdırdığım kimi, ehtiyat oyunçuları dəvət etdim ki, onları yoxlayım. Birdən tribunalarda həyəcan yaşandı. Mənə bildirdilər ki, Nazarbayev oyuna gəlir, udmaq lazımdı. Necə yəni udmaq lazımdı? Yoxlama oyunu olduğu halda niyə qalib gəlməliyik? Dedim ki, meydana kimi nəzərdə tutmuşamsa, onlar da çıxacaqlar və mən Nazarbayevə necə işlədiyimizi izah edərəm. O, matça gəlmədi. Biz isə 2:3 hesabı ilə uduzduq. Sonra futbol rəisinin otağına girdim. Kreslosuna söykənmişdi. Dedim ki, sizinlə bir daha işləməyəcəyəm. Hələlik”.

Qeyd edək ki, Leonid Poxomov 2002-2004-cü illərdə Qazaxıstan millisini çalışdırıb.