Texnologiya 13:21 26.08.2017

Dəfn mərasimlərini robot idarə edəcək (FOTOLAR)

Yaponiyaya aid firma buddist dəfn mərasimini idarə etmək üçün "Pepper" adlı robot hazırlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nissei Eco şirkəti tərəfindən hazırlanan robot rahiblərin vəzifəsini icra edəcək.

Firma nümayəndəsi Miçio İnamura bildirib ki, robotlar xüsusilə ətraf bölgələrdə yaşanan rahib azlığına görə hazırlanıb. Tokioda dəfn sərgisində nümayiş etdirilən robot Softbank telekommunikasiya şirkəti tərəfindən dizayn edilib.

İndiyə qədər 10 min ədəd satılan "Pepper"i kirayə götürmək üçün 2194 dollar ödəmək lazımdır.

Gülşən

Qaynarinfo.Az