İdman 10:08 15.03.2014

Dəhşətli qəza: Məşhur futbolçu öldü - FOTO

Makedoniyada faciə ilə nəticələnən avtomobil qəzası baş verib.

"Axar.az" xəbər verir ki, Makedoniya Futbol Federasiyasının prezidenti İlço Qorqieskinin  idarə etdiyi avtomobil qarşıdan gələn avtobusla toqquşub. Hadisə nəticəsində federasiya prezidenti yaralansa da, 1998-2005 ci illər ərzində Türkiyənin "Trabzonspor", "Malatyaspor" və "Akçabat Sebatspor" komandalarının qapısını qoruyan Petar Miloşeski həlak olub.

Miloşeski futbolçu karyerasını bitirdikdən sonra bir müddət Makedoniya milli komandasının baş məşqçisi kimi də çalışmışdı.

Qaynar.info