Video 09:44 13.11.2017

Dəhşətli zəlzələnin başladığı an (VİDEO)

İran-İraq sərhədində baş verən 7.2 ballıq zəlzələnin başlama anı müşahidə kamerlarına düşüb.

"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, marketlərdən birində qeydə alınan görüntülərdə yeraltı təkanların başladığı zaman piştaxtalarda olan bütün məhsullar yerlə-bir olur.

Olayın təsirindən şoka düşən alıcılar isə qaçmağa başlayırlar.

Qeyd edək ki, İraq və İranda baş verən güclü zəlzələ Türkiyə, Bəhreyn, BƏƏ, Azərbaycanda da hiss edilib. İranda zəlzələ nəticəsində xüsusilə Kirmanşah vilayətində bir neçə kəndin dağıldığı, çoxsaylı ölü və yaralılar olduğu bildirilir.

Qaynarinfo.Az