Sənət 14:35 12.08.2014

Den Braunun daha bir kitabı nəşr olundu - "Cəhənnəm"

"Qanun" nəşriyyatı məşhur Amerika yazıçısı Den Braunun daha bir kitabını nışr edib. Kitabıb adı "Cəhənnəm"dir.

Romanda söhbət Harvardın görkəmli simvoloqisti Robert Lenqdonun başına gələnlərdən bəhs edir. 

Ölümlə hədələnən Lenqdon gənc həkim Sienna Bruksla Florensiya şəhərində təhlükəli təqiblərə məruz qalır. Yalnız Lenqdonun tarixin gizli keçidləri və qədim sirlərdən xəbərdar olması onları naməlum təqibçilərin pəncəsindən qurtara bilər.

Dantenin sirli və möhtəşəm şah əsəri olan “İlahi komediya”dan bir neçə sətir onlara renessans dövrünün məşhur abidələri, rəsmləri və tikililərində gizlənmiş kodlar zəncirini aça bilmək üçün yol göstərəcəkdir. Bu tapmacanın cavabları ilə onlar bəlkə dünyanı dəhşətli təhlükədən xilas edə bilərlər.

Dünya klassik ədəbiyyatının ən əzəmətli əsərlərindən sayılan "Cəhənnəm"dən qaynaqlanaraq yazılan bu kitab Den Braunun ən mükəmməl romanı hesab edilir. Misilsiz məzmunu kitabın ilk səhifəsini açdığınız andan onu bağlayanadək sizi ondan ayrılmağa qoymayacaq.

Romanı Azərbaycan dilinə Əfsanə Nurəli Həmzəyeva tərcümə edib. Kitab 576 səhifədən ibarətdir., 1000 tirajla buraxılıb.

Musavat.com