Video 14:40 12.02.2019

Ödənişsiz online excel dərsləri (VİDEO)

Hər bir işçinin və ya iş axtaranın ortaq cəhətlərindən biri, bəlkə də, onların Excel proqramından istifadə etməsidir.

Siz güclü Excel biliklərinə yiyələnməklə, özünüz üçün uğurlu bir karyera qura bilərsiniz. Excel proqramını yaxşı bilməyiniz sizlərə – gündəlik işlərinizi daha tez və sürətli şəkildə yerinə yetirməkdə, hesabatlarınızı ən qısa vaxtda hazırlamaqda, avtomatlaşdırmada, böyük məlumatlar üzərində işləməkdə – yardımçı ola bilər.

Biz, bir müddət əvvəl Excel’i azərbaycan dilində fərqli bir üsulla keçməyə başladıq. Özü də, heç bir anlayışı olmayanlar üçün – sıfırdan! Hətta, ehtiyacı olanların suallarını cavablandırmağa da hazırıq. Ümid edirəm ki, işləyənlər, tələbələr, təcrübə toplamaq istəyənlər üçün faydalı olar.

Excel, bəlkə də, yeganə geniş proqramlardandır ki, bir çox sahədə işləyənlər ondan istifadə edir. Ofis meneceri, mühasib, HR, mühəndis və başqaları. Sizi də kanalımıza abunə olmağa və başqalarını da buna çağırmağa təşviq edirəm. Düşünürəm ki, başqalarına fayda versəniz, özünüzü xoşbəxt hiss edəcəksiniz.

Suallarınızı bu səhifədən yaza bilərsiniz: https://www.facebook.com/excel.with.TunarSuleymanli