Dünya 09:56 24.01.2020

Dəniz Baykal donuz qripi diaqnozu ilə xəstəxanaya yerləşdirildi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri və millət vəkili Dəniz Baykal yüksək temperatur və halsızlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, donuz qripi diaqnozu qoyulan Baykalın səhhətinin yaxşı olduğu və 3 gün müalicə olunacağı bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan Baykala zəng vuraraq şəfa diləyib. Səhiyyə naziri Fəxrəddin Qoca da onu xəstəxanada ziyarət edib.

Camal