Dünya 14:45 06.09.2013

Dəniz dibində yatmış nəhəng tapıldı

Geofiziklər Sakit okeanda dünyanın ən böyük vulkanını tapıblar.

Sakit okeanın şimal-qərb bölgəsində suyun dibini araşdıran Texas Universitetinin alimləri buradakı ən böyük təpəni aşkar ediblər. Bu, "Tamu" adı verilən massivdir. Məlum olub ki, Tamu həm də dünyanın ən böyük vulkanıdır.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu meqavulkanın böyüklüyü Britaniya adası və Günəş sistemindəki ən böyük vulkan olan Marsdakı Olimp dağı qədərdir.

Meqavulkanın diametri 625 km-dir. Hündürlüyü isə 4 km-ə çatır. Tamu artıq 140 milyon ildir ki, püskürmür.

Tamu massivi Yaponiyadan 1,5 min km şərqdə tektonik təbəqələrin olduğu ərazidədir.

Tamu vulkanı qalxan vulkanlar sinfinə aiddir. Bu sinifdən olan vulkanların ən böyüyü Havay adalarındakı Mauna-loa vulkanıdır ki, onun diametri 100 km-dir.

Qaynar.info