Ölkə 23:17 19.07.2018

Dənizdə batan 3 nəfər xilas edildi

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib. 

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Pirşağı, Qobustan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.