Dünya 12:59 26.07.2013

Deportasiya edilən erməni səhvən Bakıya gətirilib

Ukraynadan deportasiya edilən erməni səhvən Bakıya gətirilib.

APA-nın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 22 yaşlı Asatur Xaçataryan Ukraynadan deportasiya edilərkən səhvən Azərbaycana uçan təyyarəyə mindirilib və o, Bakıya gəlib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bu barədə məlumatlı olduqlarını bildirib: “Hazırda bu məsələ ilə bağlı aidiyyəti qurumlarla iş aparılır”.

Qaynar.info