Ekonomiks 12:19 30.04.2013

Deputat bankları "topa tutdu"

“Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var”. 

Qaynar.info-nun məlumatına görə, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Vahid Əhmədov deyib. 

Onun sözlərinə görə, 2008-ci ildə dünyada böhran olsa da, Azərbaycandan yan keçdi: “Azərbaycanın apardığı siyasət nəticəsində bu, böhran nəticəsində aradan qalxdı. Amma ölkədə bank sistemində müəyyən problemlər qalmaqdadır. İstehlak kreditlərinin faizinin yüksək olması əhaliyə mənfi təsir göstərir”. 

Millət vəkili kredit faizlərinin yüksək olmasından şikayətlənib: “Təsəvvür edin, 22%-dən az kredit verən bank yoxdu. Buna görə də əhalinin evləri, maşınları banklarda girovdu. Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var. Bu probemlər aradan qalxmalıdır”.

Qaynar.info