Xəbər lenti

Deputat:
Ekonomiks 14:50 06.06.2023

Deputat: "İnflyasiya  ilə əlaqədar maaş, pensiya və sosial müavinətlərin artırılmalıdır"

"2022-ci ildə rəsmi statistikaya görə 13,9 faiz inflyasiya olub. Belə ki, ərzaq məhsullarında 20 faiz, dərman vasitələrində isə 40 faizə yaxın inflyasiya qeydə alınıb. Amma qeyri-rəsmi statistikaya görə inflyasiya bir qədər də çoxdur".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov qeyd edib ki, bu il inflyasiyanın qarşısının almaq üçün ciddi tədbirlər həyata keçirilməlidir:

"Süni qiymət artımının qarşısının alınması üçün Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir. İnflyasiyanın yüksək olması ilə əlaqədar maaş, pensiya və sosial müavinətlərin artırılması məsələsinə baxılmasına böyük ehtiyac var".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->