Siyasət 13:51 22.02.2013

Deputat Milli Məclisdə qalmaqal yaratdı

Qaynar.info xəbər verir ki, Mİlli Məclisin fevralın 22-də keçirilən iclasında deputat İqbal Ağazadə Türkiyə prezidenti Abdulla Gülün ermənistanlı həmkarı Serj Sərkisyanı təbrik etməsinə görə tənqid olunması məsələsinə toxunub.

Deputatın sözlərinə görə, Türkiyənin Cənubi Qafqaza daxil olması Azərbaycanın əleyhinə deyil, xeyrinədir: “Məsələlərə emosiya ilə deyil, siyasi proseslər və regionda baş verən hadisələr kontekstindən yanaşmaq lazımdır. Bu halda hadisələrə düzgün yanaşmaq olur. Cənubi Qafqazda qapalı bir region yaradaq və burada bütün dövlətlərin geri çəkilməsini istəyək ki, yalnız Rusiya qalsın? Rusiya və burada hegemon qüvvə kimi münaqişələri ildarə etsin, istədiyi vaxtda Cənubi Qafqazda yeni münaqişələr yaratsın?

Türkiyənin bütün gücü ilə Cənubi Qafqaz regionuna daxil olmpasına dəstək vermək lazımdır. Türkiyə Cənubi Qafqaza daxil olmayan istəyən zaman Azərbaycanda bir qrup vətənşivən düşür ortalığa, sanki Rusiyanın sifarişini yerinə yetirirlər. Ay qoymayın, Türkiyə regiona girir! Türkiyə regiona niyə girməsin?”

Deputat Qüdrət Həsənquliyev İqbal Ağazadənin çıxışına belə reaksiya verib: “Ayaz Mütəllibovun bir zaman Rusiyaya göndərdiyi bir şəxsin belə çıxış etməsi təəccüblüdür, indi Türkiyənin müdafiəçisi kimi çıxış edir. Mən Türkiyə-Azərbaycan münasibətlərinin inikşafına həmişə tərəfdar olmuşam”.

Qaynar.info