Hüseynbala Səlimov
Ölkə 10:29 24.10.2013

Deputat oğluna “Hollywood”da toy etdi

Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov oğluna toy edib. 

AzVision.az saytı xəbər verir ki, deputat ailəsinin toy mərasimi paytaxtın ən dəbdəbəli şadlıq saraylarından birində - “Hollywood” restoranında baş tutub.  Oktyabrın 22-də baş tutan toy mərasimində H.Mirələmovun deputat həmkarları, üzvü olduğu Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri iştirak ediblər. 

Qeyd edək ki, Hüseynbala Mirələmovun oğlu “Xalq” qəzetinin məsul katibi İlqar Rüstəmovun qızı ilə ailə həyatı qurub.

Qaynar.info