Siyasət 13:20 30.04.2013

Deputat qanun layihəsini sərt tənqid etdi

Parlamentdə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikllər edilməsi haqqında qanun layihəsi müzakirə edilir. 

Qaynar.info-nun məlumatına görə, deputat İqbal Ağazadə parlamentə seçki məsələsi ilə bağlı təkliflər verdiyini bildirdi: “Seçki məcəlləsi ilə bağlı MM-ə təkliflər vermişik. Amma bizim verdiyimiz təkliflərə baxan yoxdur. Seçkilərə təbliğata 60 gün qalmış deyil, 90 gün qalmış başladılsın. Bəli, təkliflər səsləndirilir ki, bəzi ölkələrdə 23 gündür. Amma Azərbaycanda situasiya başqadır. Çünki biz ölkədə normal iclaslarımızı keçirə bilmirik. Bir neçə gün öncə Sumqayıtda polislər bizim keçirdiyimiz iclası dağıtdılar. Deyirsən, niyə icazə vermirsən, deyir, belə istəyirəm. Amma bizdən fərqli olaraq YAP istədiyi  tədbiri regionlarda keçirə bilir. İndi siz deyin, 23 günə təbliğatı aparmaq olarmı?”.

Millət vəkili Seçki Komissiyalarının yaradılması ilə bağlı da xeyli porblemlərin olduğunu vurğuladı.

Sonra çıxış edən YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib ki, seçki ilə bağlı qanun layihəsini dəstəkləyəcək. Hesab edirəm ki, ölkədə seçkilər həmişə şəffaf keçirilir. Heç bir ölkədə 3-4 qalmışdan təbliğat başladılmır. Götürək, Polşanı, Macarıstanı. Bəzi müxalifət partiyaları imzatoplama kampaniyası dövründə belə namizədlərini müəyyən etmirlər. Sonra da seçki müddətindən şikayətlənirlər”.

Qaynar.info