Dünya 15:11 11.10.2013

Deputat özünü toyuq kimi apardı - VİDEO

Fransa parlamentinin üzvü Fillipp Le Rey xanım həmkarını təhqir etdiyinə görə, əmək haqqının dörddə birindən (1.2 min avro) məhrum olacaq.

ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, parlamentdə Veronika Massonyi Milli yığıncaq barədə çıxış etməyə başlayanda, Le Rey toyuq kimi qaqqıldamağa başlayıb.

Milli yığıncaq partiyasından deputat olan və Sarkozini dəstəkləyən Le Reyin məqsədi ictimaiyyət qarşısında qadını təhqir etmək olub. Massonyi ona cavabında deyib: "Bəsdirin! Mən toyuq deyiləm".

Qeyd etmək yerinə düşər ki, Fransada da qadını toyuqla müqayisə eləmək təhqirə bərabər sayılır. Fransada daxili siyasətdə aktual problemlərdən biri seksizmdir. Le Rey və Massonyi arasında insident isə vəziyyəti daha da gərginləşdirib.

Fransa parlamenində bu ilk hal deyil ki, qadınlara qarşı seksimzə yol verilir. Keçən il də deputat Sesil Dyuflonun çıxışı zamanı kişi deputatlar ona mane olmuş, vəziyyətə spiker müdaxilə etməli olmuşdu.

Qaynar.info