Siyasət 19:20 01.04.2013

Deputatdan dindarların aksiyasına REAKSİYA

“Bu məsələdən başqa dövlətlər istifadə edə bilərlər”.

Bunu Qaynar.info-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Nardaranda dindarların keçiridiyi aksiyaya münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, ölkədə əhalinin tələblərinə normal yanaşmaq lazımdır: “Elə tələblər var ki, onlar yerinə yetirilməlidir, elə tələblər də var ki, əsassızdır və bunun cavabı verilməlidir. Çalışmaq lazımdır ki, başqa ölkələrin bu məsələlərdən yararlanmasına yol verilməsin”.

F.Mustafa hesab edir ki, hakimiyyət  bu məsələ ilə bağlı hər şeyi kompromisə gedə bilməz: “Elə məsələlər var ki, əsaslandırılmış məsələlərdir və bu zaman problem olmur, amma əsaslandırılmış məsələlər olmayanda hakimiyyətdə hansısa kompromisə gedəndə sonda daha ciddi problemlər ortaya çıxır. Ona görə də bu məsələdə hər iki tərəf öz məsuliyyətini dərk edərək addım atmalıdır. Bu həbslər hüquqi cəhətdən əsaslandırılmalıdır. Konkret dindarlığa görə kimisə həbs etmək doğru deyil. Əgər belə bir fakt varsa, düşünmək lazımdır”.

İlkin
Qaynar.info